AzQAC Sumqayıt şəhər bölməsində Qurban bayramında "Azərsun Holdinq" tərəfindən ailələrə sovqatlar paylanılıb

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Sumqayıt şəhər bölməsində Qurban bayramında "Azərsun Holdinq" tərəfindən ailələrə sovqatlar paylanılıb

14 iyun 2024-cü il tarixində AzQAC Sumqayıt şəhər bölməsinin ofisində 42 saylı və 41saylı seçki dairəsindən müraciət edən ehtiyaclı, qazi - şəhid ailələrinə və AzQAC Sumqayıt şəhər bölməsinin qeydiyyatında olan ahıllara bayram sovqatları paylanılıb. Qurban bayramı münasibəti ilə ənənəvi xeyriyyəçimiz "Azərsun Holdinq" tərəfindən 9 adda qida məhsulları 100 ehtiyaclı ailəyə və ahıllara göndərilib.
AzQAC Sumqayıt Regional Mərkəzinin Koordinatoru Mətanət Məhərrəmova tədbir iştirakcılarını bayram münasibəti ilə təbrik edərək, onlara xoş arzularını çatdırıb. Bayram sovqatı alan ailələr də öz növbələrində təşkilata təşəkkür ediblər.